“Qarabağ xalqı döyüşməyə hazırdırsa, deməli, hər şeyi dayandırmaq şansı var” – Koçaryanbackend

"Qarabağ xalqı döyüşməyə hazırdırsa, deməli, hər şeyi dayandırmaq şansı var" - Koçaryan

“Qarabağın gələcəyinin açarı “arsax” və Ermənistan xalqının əlindədir”.

KONKRET.az xəbər verir ki, bunu sentyabrın 28-də mətbuat konfransında Ermənistanın ikinci prezidenti Robert Koçaryan deyib.

“1992-ci ildə də belə olub, indi də belədir. 1992-ci ildə vəziyyət indikindən yaxşı deyildi.

Qarabağ elitası Azərbaycanla addım-addım inteqrasiya edərək əməkdaşlıq yolu ilə gedəcək, yoxsa hələ də mübarizəyə hazırdır?”, – deyə Koçaryan sual verib.

O, Qarabağın gələcəyinin açarının bir hissəsinin Ermənistan xalqının əlində olduğunu deyib.

“Qarabağ kontekstində “respublika” və “öz müqəddəratını təyinetmə” sözlərinin artıq hakimiyyət tərəfindən istifadə edilməməsi narahat edirmi? Bu nə deməkdir?

Deməli, hər şey xalqın öz əlindədir. Əgər o, döyüşməyə hazırdırsa, deməli, heç olmasa hər şeyi dayandırmaq şansı var. 1992-ci ildə, o çətin vaxtlarda belə təkbətək söhbətlər olub”, – deyə Koçaryan çərənləyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*