Qarabağda sülhməramlılarla Azərbaycan hərbçiləri aradında vəziyyət GƏRGİNLƏŞDİ: Rüstəm Muradov 2 BTR GÖNDƏRDİbackend

Qarabağda sülhməramlılarla Azərbaycan hərbçiləri arasında vəziyyət GƏRGİNLƏŞDİ: Muradov 2 BTR GÖNDƏRDİ

“Qarabağda yerləşdirilmiş rus sülhməramlılarla azərbaycanlılar arasında münasibətlər getdikcə gərginləşir”.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, son vaxtlar hər gün vəziyyət gərginləşir, Şuşa sektorunda yolu bağlayırlar.

“Qarabağdakı mənbələrimizin məlumatına görə, Azərbaycan tərəfi planlaşdırılmış şəkildə vəziyyəti gərginləşdirərək göstərməyə çalışır ki, vəziyyətin sahibi onlardırlar, sülhməramlılar müvəqqətidirlər və sülhü bərqərar etmirlər. Bu yaxınlarda da Şuşaya gedən yolun əvvəlində azərbaycanlılar yol çəkmək üçün texnika cəmləşdiriblər. Xankəndiyə gedən yol bir neçə saat bağlı olub, xəbər sülhməramlılara çatıb. Rüstəm Muradov azərbaycanlı qarnizon xidmətinin rəisi ilə əlaqə saxlayıb. Azərbaycanlı cavab verib ki, yaxşı edirik, bizim yolumuz deyilmi, nə istəsək, edəcəyik. Muradov “hadisə yeri”nə 2 BTR göndərib və Azərbaycan texnikasını məhv etməyi əmr edib”, – deyə nəşr bildirib./ordu.az/

  • Vuqar
    Sentyabr 9, 2021 - 16:43

    Cesaretleri catirsa etsinler? Bire on texnikalari geder!
    Rusun dilini yerine soxmasaq hele cox hoqqadan cixacaqlar!
    Kosobokovun soyadinin menasi onun ne tip oldugunu biruze verir!

  • Təhməz
    Sentyabr 9, 2021 - 19:28

    Bizim hərbçilər düzdə edir. Rus kimdir ki bizi btrlə təhdid edir. Onlara beləliklə tez-tez xatırlatmaq lazımdır ki ruslar burada müvəqqətiditlər. Rədd olub gedəndə separatçı erməniləri də özləri ilə apararlar

  • Wamo
    Sentyabr 10, 2021 - 20:49

    Onlarin bterlerinin ureyi harop istoyir deyesen. Rus haranin alcagidiki gelib Azerbaycan torpaqlarinda hoqqa verir. Bunlarin bawi qacib e sen ol. Onlari vapwe s….dir elemek lazimdi torpagimizdan.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*