Qarabağın işğaldan azad edilməsinə görə sevinirik – Qazaxıstanlı nazir müavinibackend

Qarabağın işğaldan azad edilməsinə görə sevinirik - Qazaxıstanlı nazir müavini

“Buralar müqəddəs torpaqlardır. Biz Qarabağın işğaldan azad edilməsinə görə sevinirik və Azərbaycanı bu istiqamətdə dəstəkləyirik”.

KONKRET.az-ın məlumatına görə, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası iqtisadiyyat nazirlərinin Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında Qazaxıstanın Ticarət və İnteqrasiya nazirinin müavini Kayrat Torrebayev deyib.

Ağdamla bağlı təəssüratlarını bölüşən nazir gördüklərinin onda heç də xoş ovqat yaratmadığını diqqətə çatdırıb: “Hər yer tamamilə dağıdılıb, Ağdama ağlasığmaz dərəcədə mina basdırılıb. Məncə insanlar heç bir halda əziyyət çəkməməlidirlər”.

Nazir müavini münaqişənin bitməsinə görə şad olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*