Qaranlıqlar içində – Xanobanın dərdi nədir? – FOTOLAR- VİDEObackend

Qaranlıqlar içində - Xanobanın dərdi nədir? - FOTOLAR- VİDEO

Xaçmaz rayonunun Xanoba kəndinin sakinləri elektrik enerjisinin verilməsində yaranan məhdudiyyətlərdən narazıdır. KONKRET.az-ın şimal bürosu xəbər veirr ki, kəndin elektrik təsərrüfatı 1980-ci illərdə qurulduğundan xətlər və elektrik dirəkləri istismar müddətin başa vurub. Bu səbəbdən elekrtik enerjisinin verilməsində uzun məhdudiyyətlər yaranır. Sakinlər deyir ki, bu barədə dəfələrlə aidiyyatı qurumlara müraciət edilsə də, faydası olmayıb:

“Külək olan kimi bir neçə yerdən xətlər qırılır. Kəndimiz isə rayon mərkəzindən 50 km uzaqlıqda yerləşir. Ona görə də idarədən kəndə 1 saata gəlib çatır mühəndis qrupları”.

İstismar müddətini bitirən elekrtik naqillərinin üzərində isə göbələklər və mamırlar bitir. Kəndin bəzi ərazilərində isə naqillər kommunikasiya xətlərinə toxunaraq qısaqapanmalara səbəb olur. Nəticədə bütün kəndin enerji təchizatı saatlarla dayanır. Problemdən “Azərişıq” ASC də xəbərdardır. Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev KONKRET.az-a açıqlamasında qeyd edib ki, yaxın zamanlarda həmin kəndin elekrtrik təchizatı yenidən qurulacaq. Artıq bu istiqamətdə işlər aparılır.

Cəlal FƏRZƏLİYEV

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*