Türkiyədən Şərqi Aralıq dənizi ilə bağlı MÖHTƏŞƏM QƏRAR: “Mavi Vətən” BELƏ QORUNACAQbackend

Türkiyədən Şərqi Aralıq dənizi ilə bağlı MÖHTƏŞƏM QƏRAR: “Mavi Vətən” BELƏ QORUNACAQ

Türkiyə “Anadolu” adlı amfibiya hücum gəmisinin yeni versiyasını suya buraxmağa hazırlaşır.

KONKRET.az xəbər verir ki, bu döyüş gəmisi dünyada ilk dəfə olaraq pilotsuz uçuş aparatlarının eniş qabiliyyətini təmin edir. “Bayraktar KIZILELMA”, “TB3” kimi layihələri daşıyacaq milli gəmi beşinci nəsil qırıcı tipli təyyarələri də götürmək qabiliyyətinə malikdir. Layihə ilkin olaraq “F-35” proqramı çərçivəsində yaradılıb. Lakin indi vurğu beşinci nəsil türk qırıcısının hazırlanmasına yönəldilə bilər.

“TCG Anadolu” gəmisi tam təchiz olunmuş 8 helikopteri qəbul edə biləcək. Gəmi tamhüquqlu əsgərlərdən ibarət bir batalyonu istənilən əraziyə göndərmək iqtidarındadır. Gəminin həmçinin ən azı 30 çarpayılıq hərbi xəstəxanası olacaq. Bura əməliyyat və stomatoloji otaqlar, reanimasiya şöbələri və yoluxucu xəstəliklər bölmələri daxildir. “BAYKAR Technology”nin baş direktoru Haluk Bayraktar “TCG Anadolu” üçün şaquli və normal eniş edə bilən SİHA hazırladıqlarını və bir il ərzində təhvil verəcəklərini açıqlayıb.

Gəmi 50-dən 110-a qədər “Bayraktar TB3” və ya “Bayraktar Kızylelma” pilotsuz uçuş aparatı, 8 ədəd “As532” və ya “CH-47F” helikopteri, 4 ədəd “T-129” hücum helikopteri, 2 ədəd “S70-B SEAHAWK” yardım vertolyotu və 6 ədəd “F358” helikopteri qəbul edə bilər. Eni 232 metr hündürlüyü 58 metr, sahəsi 410 kvadratmetr olan “TCG Anadolu” gəmisi tank və konteyner kimi ağır maşınlar üçün qaraja da sahib olacaq. Gəmidə həmçinin 165 min kvadratmetrlik gəmi hovuzu, 880 min kvadratmetrlik yüngül yük qarajı, eniş meydançası və uçuş rampası olan 5 440 kvadrat metrlik kokpit və 900 kvadrat metrlik anqar da nəzərdə tutulub.

“TCG Anadolu” təyyarə daşıya bilən çoxməqsədli amfibiya desant gəmisidir. Bu gəminin üstündə orijinaldan fərqli olaraq, uçuş rampası qurulub. Yəni şaquli eniş və qalxma qabiliyyətinə malik olan təyyarələrə şərait yaradılıb. Beləliklə, desant gəmisi təyyarədaşıyanlar sinfinə keçib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*