Qaribaşvili Gürcüstanın Rusiyaya qarşı niyə sanksiyalara tətbiq etmədiyini AÇIQLADIbackend

Qaribaşvili Gürcüstanın Rusiyaya qarşı niyə sanksiyalar tətbiq etmədiyini AÇIQLADI

İrakli Qaribaşvili Gürcüstanın Rusiyaya qarşı niyə sanksiyalar tətbiq etmədiyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, bunu bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili hökumətin iclası başlamazdan əvvəl bəyan edib. Qaribaşvili hesab edir ki, Rusiyaya qarşı sanksiyaların tətbiqi ölkənin milli maraqlarına ziddir və Ukraynada hərbi əməliyyatları dayandıra bilməz.

“Bu gün Avropada böyük müharibə gedir, Avropanın ən böyük dövlətində Ukraynanın paytaxtı bombalanır və bu gün bunu dayandıracaq heç kim yoxdur, gördüyümüz kimi, etiraf edək ki, sanksiyalar səmərəsiz vasitədir”,- deyə Qaribaşvili bildirib.

Baş nazir Gürcüstanın Aİ-nin Rusiya Federasiyasına qarşı sanksiyalarına qoşulmalı olduğunu düşünən müxalifətə də cavab verib. Qaribaşvili hesab edir ki, belə bir addım gürcü xalqına qarşı sanksiyalara bərabər olacaq.

“Söhbət sanksiyaların tətbiqinə gəldikdə… Məndən nə istəyirlər? Xalqıma sanksiya tətbiq etməyimi? Bəs bundan kim itirəcək? Əhalimiz, iqtisadiyyatımız, maliyyə əməliyyatlarını həyata keçirə bilməyəcək bir milyondan artıq soydaşımız və s.

Ona görə də bir daha qeyd etmək istəyirəm ki, bu əlavə emosiyalar heç nə gətirməyəcək. Əksinə, bizim milli maraqlarımıza, xalqımızın mənafeyinə xələl gətirəcək”, – deyə baş nazir bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*