Qaz balonunun alışması nəticəsində erməni hərbçi YANDIbackend

Qaz balonunun alışması nəticəsində erməni hərbçi YANDI

Ermənistanda qaz balonunun alışması nəticəsində hərbçi yanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müqaviləli hərbi qulluqçusu serjant A. M. avtomobilin arxa hissəsində məişət qazı balonunun alışması nəticəsində yanıq xəsarətləri alıb.

Avqustun 25-də avtomobilin kuzovunda qaz balonunda baş verən yanğın nəticəsində yanıq xəsarətləri alan hərbçinin vəziyyəti ağırdır.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*