Qazaxın yarısı işğalda olan kəndindən ilk görüntülər – VİDEObackend

Qazaxın yarısı işğalda olan kəndindən ilk görüntülər - VİDEO

Azərbaycan Televiziyasında (AzTV) ilk dəfə bir hissəsi işğaldan azad olunmuş Qazax rayonunun Qızılhacılı kəndi göstərilib.

KONKRET.az xəbər verir ki, sözügedən kənddən “Xəbərlər” proqramına birbaşa bağlanan jurnalist bildirib ki, hazırda kəndin böyük hissəsi Ermənistan silahlı birləşmələrinin nəzarətindədir.

Ermənistan ordusu işğal müddətində kəndin bütün evlərini, tikililərini və infrastrukturunu dağıdıb, kəndi xarabalığa çevirib.

Kadrlarda bir hissəsi Qızılhacılı kəndində yerləşən Coğazçay su anbarının qurudulduğu göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*