Qazaxıstan kəşfiyyatının keçmiş rəhbəri 18 il müddətinə azadlıqdan məhrum edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Bildirilir ki, ağır cinayətlərdə, o cümlədən dövlətə xəyanətdə ittiham olunan Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbəri Kərim Məsimov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Astanada cinayət işləri üzrə ixtisaslaşdırılmış rayonlararası məhkəməsində işə “Tamamilə məxfi” başlığı ilə baxılıb.
O, əmlakı müsadirə olunmaqla, dövlət qulluğunda vəzifə tutma hüququndan ömürlük məhrum edilməklə cəzalandırılıb.
Məhkəmə onu da general rütbələrindən və bütün dövlət mükafatlarından məhrum edib.
Xuraman Etibarlı,
KONKRET.az
