Qazaxıstan Prezidenti TŞ-nin katibini VƏZİFƏDƏN AZAD ETDİ – YENİ TƏYİNATbackend

Qazaxıstan Prezidenti TŞ-nin katibini VƏZİFƏDƏN AZAD ETDİ - YENİ TƏYİNAT

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Təhlükəsizlik Şurasının katibi Aset İsekeşevi vəzifəsindən azad edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Tokayevin Mətbuat xidməti yayıb.

Bildirilir ki, Tokayev, həmçinin Qizat Nurdauletovu Baş prokuror vəzifəsindən azad edərək Təhlükəsizlik Şurasının katibi postuna gətirib.

58 yaşlı Nurdauletov 2019-cu ilin martından ölkənin Baş prokuroru vəzifəsində çalışıb.

Bununla yanaşı, Tokayev Erlan Turqumbaevi ölkənin daxili işlər naziri vəzifəsindən azad edib. Onun əvəzinə isə bu vəzifəyə Marat Ahmetcanov gətirilib.

Əvəzində isə Turqumbayev Qazaxıstan Prezidentinin müşaviri təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*