Qazaxıstanda Birinci Prezident Günü dövlət bayramları siyahısından ÇIXARILDIbackend

Qazaxıstanda Birinci Prezident Günü dövlət bayramları siyahısından ÇIXARILDI

Qazaxıstan Respublikası Parlamenti Senatının deputatları palatanın plenar iclasında Birinci Prezident Gününün dövlət bayramları siyahısından çıxarılmasına səs verib.

KONKRET.az “Kazinform”a istinadən xəbər verir ki, sənəd dövlət başçısının imzalanması üçün göndərilib.

Bildirilib ki, Birinci Prezident Günü, Dövlət Rəmzləri Günü və Şükran Günü sosial əhəmiyyətli bayramlar statusuna malik olacaq.

O cümlədən, “Qazaxıstan Respublikasında bayram günləri haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir ki, bununla da oktyabrın 25-də Respublika Gününün, dekabrın 16-da isə Müstəqillik gününün dövlət bayramı kimi qeyd olunması nəzərdə tutulur.

Qeyd edək ki, Qazaxıstanda Birinci Prezident Günü 2012-ci il dekabrın 1-dən qeyd olunur.

Bayram Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin respublika qarşısında xidmətlərini qeyd etmək və tanımaq üçün təsis olunub.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*