backend

Qazaxıstanda böyük terror hadisəsinin qarşısı alındı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi izdihamlı yerlərdə hücum planlaşdıran İslam Dövləti terror təşkilatının (İŞİD) tərəfdarını saxlayıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, əməliyyat-axtarış tədbirləri Almatı şəhərində həyata keçirilib və nəticədə İŞİD tərəfdarı həbs edilib.

Komitədən verilən məlumata görə, tutulan şəxs Novruz bayramı zamanı izdihamlı yerlərdə terror aktı hazırlamaqda şübhəli bilinir, ondan iki hərbi qumbara götürülüb.

Qazaxıstan Respublikası Cinayət Məcəlləsinin 255 (Terrorizm Aktı) və 258 (Terror və ya ekstremist fəaliyyətin maliyyələşdirilməsi və digər terrorizm və ya ekstremizmə yardım) maddələri ilə cinayət işi başlanıb. İstintaq davam edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*