Qazaxıstanda Türküstan şəhərinə “mənəvi və tarixi paytaxt” statusu veriləcəkbackend

Qazaxıstanda Türküstan şəhərinə “mənəvi və tarixi paytaxt” statusu veriləcək

Qazaxıstanda Türküstan şəhərinə “ölkənin mənəvi və tarixi paytaxtı” statusu veriləcək.

KONKRET.azZakon.kz”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

O, ölkənin cənubundakı Türküstan vilayətinə gedərək Hoca Əhməd Yəsəvi türbəsini ziyarət edib.

Səfər çərçivəsində Tokayev şəhər əhalisi ilə görüşüb və Türküstanın Qazaxıstan tarixində xüsusi yerini qeyd edib.

Türküstanın son dövrlərdə mühüm irəliləyişlərə imza atdığını qeyd edən Tokayev, şəhərə qoyulan sərmayənin 8 dəfə artdığını bildirib.

Tokayev türk şirkəti tərəfindən inşa edilən Türküstan Beynəlxalq Hava Limanına da baş çəkib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*