Qazaxıstanda xarici işlər, daxili işlər, müdafiə nazirləri TƏYİN EDİLDİbackend

Qazaxıstanda xarici işlər, daxili işlər, müdafiə nazirləri TƏYİN EDİLDİ

Qazaxıstanda Baş nazir təyinatı təsdiqlənəndən sonra yeni hökumətin üzvləri də təyin edilib.

KONKRET.az Qazaxıstan mediasına istinadən xəbər verir ki, Murat Nurtleu hər iki vəzifəni – baş nazirin müavini və xarici işlər naziri postlarında saxlanılıb.

“Dövlət başçısının sərəncamı ilə Murat Nurtleu Qazaxıstan Respublikasının Baş nazirinin müavini – xarici işlər naziri təyin edilib”, – rəsmi məlumatda deyilir.

Müdafiə naziri Ruslan Jaksılıkov və daxili işlər naziri Erjan Sadenov da öz vəzifələrini qoruyublar.

Əlixan Smailovun rəhbərlik etdiyi Qazaxıstan hökuməti fevralın 5-də istefa verib, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb.

Fevralın 6-da Oljas Bektenov Qazaxıstan hökumətinin başçısı təyin edilib.Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*