
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə Murat Bektanov ölkənin müdafiə naziri təyin edilib.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Murat Bektanov müdafiə nazirinin birinci müavini – Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsindən azad edilərək bu vəzifəyə təyinat alıb.
Qeyd edək ki, bundan əvvəl Qazaxıstan Prezidenti ölkənin müdafiə naziri Nurlan Yermekbayevin istefasını qəbul etmişdi.
Daha əvvəl Yermekbayevin ölkənin Jambıl bölgəsində baş verən partlayışların nəticələrini aradan qaldırdıqdan sonra istefa verməyə hazır olduğu bildirilmişdi.
