Çimkənddə penitensiar sistem idarəsinin rəis müavini saxlanılıb.
KONKRET.az Qazaxıstan mətbuatına istinadla xəbər verir ki, dövlət qulluqçusu iş otağında həbs edilib.
O, ümumi himayədarlıq və xidmətdə əlbir olmaq üçün rüşvət almaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyi Penitensiar Sistemin Baş İdarəsinin rəis müavininin saxlanılmasını təsdiqləyib. İdarənin keçmiş əməkdaşı müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Natiq Səlim,
KONKRET.az
