Qazaxıstandan Tacikistana hərbi yardım – Qırğızıstana qarşı?backend

Qazaxıstandan Tacikistana hərbi yardım - Qırğızıstana qarşı?

Qazaxıstan Tacikistana hərbi sursat verilməsini nəzərdə tutan qanun layihəsini ictimai müzakirəyə çıxarıb.

KONKRET.az xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyi sözügedən hərbi yardımın Qırğızıstan-Tacikistan sərhədində gərginliklə əlaqədar olmadığını bildirib.

Qazaxıstanın “Opn NPA” saytı iki ölkə arasında imzalanan hərbi əməkdaşlıq müqaviləsinə uyğun olaraq Qazaxıstandan Tacikistana pulsuz hərbi-texniki yardımın verilməsinə dair qanun layihəsini yayımlayıb.

Layihə iyunun 17-nədək ictimaiyyət arasında müzakirə ediləcək. Layihəyə görə, Qazaxıstan Tacikistana qarşılıqsız 3 milyondan çox güllə yardımı edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*