“Qazaxıstanı irimiqyaslı islahatlar gözləyir” – Kasım-Jomart Tokayevbackend

"Qazaxıstanı irimiqyaslı islahatlar gözləyir" - Kasım-Jomart Tokayev

“Qarşıda bizi irimiqyaslı islahatlar, yeni Qazaxıstanın quruculuğu gözləyir”.

KONKRET.az “Zakon”a istinadən xəbər verir ki, bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev martın 21-də Novruz bayramına həsr edilən tədbirdə bildirib.

“Biz gənclərlə birlikdə yeni Qazaxıstan quracağıq, bizim bu istiqamətdə bütün işlərimiz alınacaq, ikinci respublika yaranmayacaq”, – Kasım-Jomart Tokayev vurğulayıb.

Xatırladaq ki, Novruz bayramı Qazaxıstanda da dövlət səviyyəsində qeyd olunur. Bayramla əlaqədar martın 21-23-ü istirahət günləridir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*