Qazaxıstanda “Europa Plus Kazaxstan” radiostansiyasının xəbər aparıcısına görə qalmaqal yaranıb.
KONKRET.az xəbər verir ki, Lyubov Panova sosial şəbəkədəki şərhlərində açıq şəkildə “Vova dayı”nı (Rusiya Prezidenti Vladimir Putin) gəlib ölkədə asayişi bərpa etməyə çağırıb.
Qazaxıstan sakinləri radio aparıcısının bu sözlərinə qəzəblənib və onu işdən çıxarmağa çağırıblar.
Radiostansiya Panovanın mövqeyinin onların şirkətinin siyasəti ilə “heç bir əlaqəsi olmadığını” vurğulayıb, lakin daha sonra onu işdən çıxarıblar.
Xuraman Etibarlı,
KONKRET.az
