“Qazprom”un gəliri 18 ilin minimumuna düşdübackend

“Qazprom”un gəliri 18 ilin minimumuna düşdü

“Qazprom” cari ilin ikinci rübündə xarici bazarlardan 3,5 milyard dollar gəlir əldə edib.

KONKRET.az xəbər verir ki, birinci rüblə müqayisədə ikinci rübdə şirkətin ixracatdan gəliri iki dəfə azalıb. İllik göstəricidə isə bu azalma 3 dəfə olub.

İxracatdan son dəfə bu qədər az vəsaiti şirkət 2002-ci ildə qazanıb.

Şirkətin fəaliyyətinə təkcə pandemiya yox, həm də son illər mülayim qış ucbatından qaza tələbatın azalması, eləcə də ABŞ, Qətər və Afrikadan sıxılmış qaz ixracının artması problemlər yaradıb.

“Qazprom” üçün əsas azalma Türkiyə istiqamətində olub. Belə ki, Almaniyadan sonra şirkətin ikinci ən böyük müştərisi olan Türkiyəyə tədarük 7 dəfə azalıb. May ayında Rusiya nəhəngi azalma səbəbindən “Mavi Axın” boru kəmərinin fəaliyyətini dayandırıb.

İyun ayında “Qazprom” müştəriləri üçün tədarükü artırsa da, qaz satışını zərərlə həyata keçirməli olub. Belə ki, şirkətin orta ixrac qiyməti 94 dollara qədər ucuzlaşıb. “Qazprom”un rentabelli işləməsi üçünsə qiymətin azı 100 dollar olmasına ehtiyacın var.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*