Qəbələdə toydan qayıdan şəxslər qəzaya düşüb, xəsarət alanlar var – FOTObackend

Qəbələdə toydan qayıdan şəxslər qəzaya düşüb, xəsarət alanlar var - FOTO

Qəbələdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.AZ-ın Apa-ya istinadən xəbərinə görə, hadisə bu gün saat 16:00 radələrində Qəbələ-Ağdaş yolunda qeydə alınıb. “QAZ 2410” markalı, 10-KD-881 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən təkəri partlayıb və yoldan çıxaraq elektrik dirəklərinə çırpılıb. Hadisə zamanı avtomobildə olan 3 qadın xəsarət alıb. Yaralılar Qəbələ rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, qəzaya düşən avtomobildəki şəxslər toydan qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*