“Biz işğal altında olan torpaqlarımızın hamısını azad edəcəyik”.
KONKRET.az xəbər verir ki, bunu Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncədə jurnalistlərə açıqlaması zamanı deyib.
Nazir bildirib ki, bir-iki ermənipərəst dövlətin bəzi nümayəndələrindən başqa, Azərbaycanın haqq işinə hamı haqq qazandırır:
“Hamı bilir ki, biz haqq tərəfdarıyıq, torpaqlarımız işğal olunub və müharibəni öz ərazilərimizdə aparırıq. Biz işğal altında olan torpaqlarımızın hamısını azad edəcəyik.Qələbəmizin nəticəsi Azərbaycan üçün çox gözəl olacaq”.
