Qərb bölgəsində leysan: elektrikin verilişi dayandı…backend

Qərb bölgəsində leysan: elektrikin verilişi dayandı...

Qərb bölgəsində güclü küləklə müşahidə olunan leysan bəzi ərazilərdə elektrikin kəsilməsinə səbəb olub.

KONKRET.az Report-a istinadən xəbər verir ki, Daşkəsən, Göygöl, Gədəbəy, Şəmkir rayonlarında və Gəncə şəhərində güclü külək bəzi ərazilərdə fəsadlar yaradıb. Bəzi ərazilərdə elektrik enerjisinin verilməsi dayandırılıb.

Hava şəraiti səbəbindən avtomobil yollarında da nəqliyyatın hərəkətində qismən çətinliklər yaranıb. Yağış suları əkin sahələrinə dolub, təsərrüfata ziyan vurub.

Hazırda Gəncə şəhərində və ətraf rayonlarda küləklə müşahidə olunan yağıntılı hava şəraiti davam edir. Güclü ildırım çaxır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*