“Qərb yalnız özü üçün mübarizə aparır. Onlar heç vaxt başqasını düşünməyib”backend

“Qərb yalnız özü üçün mübarizə aparır. Onlar heç vaxt başqasını düşünməyib

“Ermənistanın KTMT-nin sammitini boykot etməsini necə qiymətləndirirsiniz və Qərb təhlükəsizlik sahəsində Ermənistanı Rusiya ilə əvəz edə bilərmi?”

KONKRET.az xəbər verir ki, bu suala Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının keçmiş baş katibi Nikolay Bordyuja belə cavab verib:

“Bəli, ola bilər. Amma hesab edirəm ki, bu, çox böyük siyasi səhvdir, şıltaqlıqdır. Siyasətdə isə şıltaqlıqların düşər-düşməzi olur. Vəziyyəti ayıq qiymətləndirmək lazımdır. Vəziyyət belədir ki, Ermənistanın o qədər də çox dostu yoxdur. Digər dövlətlərin hərəkətlərinin yanlış olduğunu düşünsələr,  dosta nəyisə bağışlamaq olar. Amma mən, məsələn, Rusiya tərəfindən heç bir səhv görməmişəm, ona görə də hesab edirəm ki, bu, sadəcə, Ermənistan rəhbərliyinin siyasi səhvidir.

Qərbin maraqları tamamilə fərqlidir və tarix göstərir ki, Qərb yalnız özü üçün mübarizə aparır. Onlar heç vaxt başqasını düşünməyib. Hesab edirəm ki, Ermənistanın təhlükəsizlik sistemini sadəcə inkişaf etdirmək və qorumaq lazım idi”.

Vəli Həsənov,

KONKRET.az

  • Haller
    Noyabr 27, 2023 - 22:42

    …amma ruslar her zaman basqasini dusunub, elemi rus…?!,sizler harda varsiniz, orda mutleq munaqise var…bu uzden teklenmeye dogru gedirsiz, yaninizda olanlar da bunu unutmasinlar!

Haller üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*