Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək 9 May paradına dəvət olunub.
KONKRET.az xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
Səfirin sözlərinə görə, Paşinyana Qələbə Günü münasibətilə Moskvada keçiriləcək tədbirlərdə iştirak etmək üçün dəvət göndərilib.
Paşinyanın bu dəvəti qəbul edib-etməyəcəyi isə hələlik məlum deyil.
Əsas sual budur: Ermənistanın Baş naziri Moskvaya gedəcəyi təqdirdə, Rusiya Prezidenti Vladimir Putinə İrəvanda keçirilən son sammitin gündəliyi, Avropa liderləri ilə aparılan danışıqlar və Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana səfəri barədə hansı məlumatları verəcək?
Yoxsa Paşinyan bütün bunlara Kremlin sərt cavabını əvvəlcədən bildiyi üçün Moskvaya getməməyə üstünlük verəcək?
Qeyd edək ki, İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammiti fonunda Ermənistanın Qərblə yaxınlaşması Rusiya mediasında və siyasi dairələrində narazılıqla qarşılanıb.
Natiq Səlim,
KONKRET.az
