Qərbin İrəvana 50 milyon verməsi Putini özündən çıxartdı – Paşinyana SƏRT MESAJbackend

Qərbin İrəvana 50 milyon verməsi Putini özündən çıxartdı - Paşinyana SƏRT MESAJ

Avropa İttifaqının Ermənistan üçün təxminən 50 milyon avro maliyyə yardımı ayırmaq niyyəti Rusiya tərəfinin tənqidi ilə qarşılanıb.

KONKRET.az xəbər verir ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, bu məbləğ Ermənistanın iqtisadiyyatına ciddi təsir göstərmək üçün kifayət etmir:

“Bu, iqtisadi dəstək baxımından heç nəyi həll etmir. Çünki çox kiçik məbləğdir. Bizim Ermənistanla ticarət dövriyyəmiz tamamilə başqa həcmdədir, bunu şərh etməyə belə ehtiyac yoxdur”, – o qeyd edib.

Daha əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiya tərəfindən Ermənistan kənd təsərrüfatı məhsullarına tətbiq edilən məhdudiyyətlər fonunda İrəvana 50 milyon avrodan çox təcili yardım paketi ayrılacağını açıqlayıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*