“Moskva Türkiyənin Qafqaz ambisiyalarına davamlı güzəştlər etməklə Qarabağı Azərbaycana təhvil verəcək”.
KONKRET.az xəbər verir ki, erməni portallarından birində dərc olunan şərhdə vurğulanır ki, Rusiya müdafiə naziri S.Şoyqunun ağzı ilə Ermənistan Silahlı Qüvvələrində köklü hərbi islahat aparmağa və ermənilərə hərbi-texniki yardım göstərməyə kömək etməyə hazır olduğunu bildirsə də, vəziyyət ürəkaçan deyil.
Erməni ictimaiyyəti yaxşı dərk edir ki, Rusiyadan başqa heç bir dövlət belə bəyanatlar verməyib.
Fransa səfiri J.Lakotanın ağzı ilə Parisin Ermənistana silah və qoşun verməyəcəyini artıq bəyan edib.
ABŞ səfiri L.Treysi təxminən eyni şeyi söyləyir. Yəni bu ölkələr fərqli bloklarda olduqlarını Emrənistan rəhbərliyinin diqqətinə çatdıra bilib.
Rusiyalı ekspert V. Yevseyev Ermənistan ordusunun Azərbaycandan qisas almaq üçün kifayət qədər resursa malik olmadığını vurğulayıb: “Ermənilər hələ uzun müddət böyük müharibə aparmaq marədə arzularını unutmalıdır. Çünki Ermənistan öz sərhədlərini qorumaq üçün minimal resurslara malikdir”.
Rus şərqşünas və politoloq Karine Qevorqyan isə inamla bildirir ki, “Yaxın gələcəkdə (bu ilin sentyabr ayının sonunda, yəni Rusiya Federasiyası Dövlət Dumasına seçkilərdən sonra) Qeqarkunikin bir hissəsi olan Süniki və bəlkə də Naxçıvan və Türkiyəyə çıxışı olan Ararat bölgəsini işğal etmək məqsədi ilə Ermənistana qarşı Türkiyə-Azərbaycan ittifaqı sürətli hərbi əməliyyatlarını bərpa etsin”.
“Zəngəzur dəhlizi”nə gəlincə, bu marşrut heç də Bakının iqtisadi maraqları ilə əlaqəli deyil, çünki İran hər halda azərbaycanlı sərnişinlərin və malların Naxçıvan anklavına tranzitini inkar etmir.
Sarkis Çaturyan isə hesab edir ki, “Zangəzur dəhlizi”nə maraq əslində İrana qarşı müharibə üçün texnika və personalın ötürülməsi üçün ən qısa yol haqqında hərbi-siyasi mülahizələrlə bağlıdır. Elə bu səbəbdən fars generalları Ermənistana belə bir dəhlizin yolverilməzliyi barədə xəbərdarlıq edir, əks halda İran qoşunlarını Ermənistanın Sünik bölgəsinə göndərəcək.
Rəsmiyyə Şərif,
KONKRET.az
