Rusiya Mərkəzi Seçki Komissiyası müharibə əleyhdarı Boris Nadejdini prezidentliyə namizəd kimi qeydə almamaq barədə qərar qəbul edəndən sonra o, sözügedən qərardan şikayət edəcəyini açıqlayıb.
KONKRET.az xəbər verir ki, Nadejdin Ali Məhkəməyə gedəcəyini deyib.
“Gözlənilən qərar”, – Nadejdin qərarı belə şərh edib.
“Biz Ali Məhkəməyə gedəcəyik, həmçinin yuxarı instansiya məhkəməsi, Konstitusiya Məhkəməsi var. Təşəkkür edirəm. Sizə ən yaxşısı olsun”, – o vurğulayıb.
Qeyd edək ki, Rusiyada prezident seçkiləri 17 martda keçiriləcək. Səsvermə 15-17 mart tarixlərində davam edəcək.Modern.az