Qeyri adi olay: Böyrək səhvən başqa xəstəyə köçürüldübackend

Qeyri adi olay: Böyrək səhvən başqa xəstəyə köçürüldü

ABŞ-ın Nyu Cersi əyalətindəki xəstəxanalardan birində əməliyyat zamanı böyük olay yaşanıb.

KONKRET.AZ xarici mediaya istinadla xəbər verir ki, böyrək köçürülməsi eyni adlı və eyni yaşda olan başqa bir xəstə üzərində icra olunub.

Əməliyyatı icra edən həkim daha sonra hər iki xəstəyə böyrək nəql edildiyini və vəziyyətlərinin yaxşı olduğunu söyləyib.

Həkimin səhvinin köçürmədən bir gün sonra başa düşüldüyünü vurğulayan xəstəxananın işçiləri hadisəni “misli görünməyən olay” kimi  xarakterizə edib.

Xəstəxananın baş həkimi Reginald Blaber “bu nadir bir hadisədir. Xəstələrin oxşar adları olsa da, əlavə təsdiq prosesi bu səhvin qarşısını ala bilərdi”.

Qeyd edək ki, tibb müəssisəsi xəstələrin kimliyini açıqlamayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*