Hindistanın Aqra şəhərində (Uttar Pradeş ştatı) bir qrup yerli sakin Dehlidən Tac Mahal məqbərəsinə gələn turisti dəyənəklə döyüb.
KONKRET.az xəbər verir ki, bu barədə “Times Now” nəşri məlumat yayıb.
Qeyd olunub ki, münaqişəyə səbəb turistin avtomobili ilə başqasının maşınını vurması olub.
Buna cavab olaraq dəyənəklərlə silahlanmış bir qrup şəxs şirniyyat mağazasında gizlənən turistə hücum edib.
Belə ki, yayılan kadrlarda turistin necə üzr istəməsi və sakinlərdən mərhəmət diləməsi görünür.
Video internetdə yayıldıqdan sonra araşdırma aparılıb və cinayət işi açılıb. Polis hücumda iştirak edən beş nəfəri həbs edib, qalanları axtarışa verilib.
İqbal Rzayev,
KONKRET.az
