Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək.
KONKRET.az xəbər verir ki, sözügedən araneda I Liqanın “Xankəndi” – “Karvan-Yevlax” oyunu baş tutacaq.
VIII turun qarşılaşmasını baş hakim Kamranbəy Rəhimov idarə edəcək.
Yevlax təmsilçisi turnir cədvəlində 13 xalla dördüncü, ev sahibləri isə 6 xalla yeddinci sırada yer alıblar.
Xatırladaq ki, Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
