QHT nümayəndələri Şuşadabackend

QHT nümayəndələri Şuşada

Bu gün Azərbaycanda fəaliyyət göstərən 100-dən çox qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri işğaldan azad olunmuş Şuşa şəhərinə səfər ediblər.

KONKRET.az xəbər verir ki, ziyarətçilər əvvəlcə Cıdır düzündə olublar. Şuşa şəhəri yaxınlığında yerləşən, tarixən cıdır yarışlarının keçirildiyi və Qarabağ xanlığı dövründən yerli azərbaycanlı əhalinin Novruz bayramını qeyd etdiyi ərazi ziyarətçilərə unudulmaz hisslər yaşadıb.

Sonra tarixi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məscid – Yuxarı Gövhərağa məscidi ziyarət edilib. 1768-1769-cu illərdə inşa edilən bu məscid də işğal dövründə erməni vandalizminə məruz qalıb .

Nümayəndə heyəti Şuşanın mərkəzi meydanında Azərbaycan mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə, ermənilər tərəfindən 30 ilə yaxın müddət ərzində vəhşicəsinə dağıdılmış digər mədəniyyət abidələrinə, inzibati və yaşayış binalarına baxıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*