Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov ölkədəki vəziyyəti sabitləşdirmək istədiyini və bunun üçün bütün “lazımi qərarları” imzalamağa hazır olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, bəyanat dövlət başçısının saytında dərc olunub.
Prezident dövlətin bütövlüyünü, xalqın birliyini və cəmiyyətin əmin-amanlığını prioritet adlandırıb və vəzifəni müəyyən şərtlər altında tərk etməyə hazır olduğunu bildirib:
“Mövcud vəziyyət stabil şəkilə qaytarılan kimi bütün dövlət strukturları və hökumət hüquqi status alacaq və ölkə doğru yolda olan kimi prezidentlikdən getməyə hazıram”.
