Qırğızıstan Prezidenti: “Səlahiyyət müddətimi uzatmağa çalışmayacağam”backend

Qırğızıstan Prezidenti: "Səlahiyyət müddətimi uzatmağa çalışmayacağam"

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov prezidentlik müddəti bitdikdən sonra vəzifəsindən ayrılacağını deyib.

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosunun verdiyi xəbərə görə, Qırğızıstan Prezidenti bu barədə jurnalistlərlə qeyri-formal görüşündə deyib.

“Səlahiyyət müddətimi uzatmağa çalışmayacağam. Dövləti və ya yaxınlarımı seçməliydim. Seçimimi etdim, mən Qırğızıstan xalqını seçdim”, – deyə o bildirib. Prezident qeyd edib ki, o, qanun və xalq qarşısında təmizdir və prezidentliyi müddətindəki bütün əməllərinə görə cavab verməyə hazırdır.

Qırğızıstan Konstitusiyasına görə, prezident 6 il müddətinə ancaq bir dəfə seçilir. Jeenbekovun andiçmə mərasimi 2017-ci ilin noyabr ayında keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*