Qırğızıstanda hüquq-mühafizə orqanları arasında QARŞIDURMAbackend

Qırğızıstanda hüquq-mühafizə orqanları arasında QARŞIDURMA

Cümə günü Qırğızıstanın hüquq-mühafizə orqanları arasında qarşıdurma barədə məlumat yayılıb.

KONKRET.az xəbər verir ki, Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Kamçıbek Taşiyev hökumətin iclasında məsələyə aydınlıq gətirib.

“Hüquq-mühafizə orqanları arasında qarşıdurmanın başlanması ilə bağlı deyilənlər həqiqətə uyğun deyil”, – o deyib.

Qeyd edək ki, yanvarın 20-də Oş şəhərində Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin müstəntiqini 15 min ABŞ dolları məbləğində rüşvət alarkən iş yerində saxlayıblar. Əməliyyat zamanı xüsusi təyinatlılar arasında əlbəyaxa dava düşüb.

“Müstəntiqin saxlanması hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi xüsusi əməliyyatdır. Razılaşdırılmamış heç bir addım atılmayıb”, – Taşiyev deyib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*