Prokurorluq Qırğızıstanın birinci prezidenti ilə bağlı QƏRAR VERDİbackend

Prokurorluq Qırğızıstanın birinci prezidenti ilə bağlı QƏRAR VERDİ

Qırğızıstanın Baş Prokurorluğu ölkənin birinci prezidenti Əsgər Akayevə qarşı “Kumtor” qızıl mədəni ilə bağlı cinayət işinin istintaqını dayandırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “24.kg” agentliyinə Baş Prokurorluğun İdarə rəisi Asılbek Akmatov məlumat verib.

“Eks-prezident Akayevə qarşı açılan cinayət işinə xitam verilib”, – o deyib.

Qeyd edək ki, Akayev “Kumtor” mədəni ilə bağlı razılaşmanı imzalamaqda ittiham olunurdu. Qızıl mədəni Kanadanın “Cameco” şirkətinə məxsusdur.  Qırğızıstanın birgə müəssisədəki payı 25,7%-dən aşağı qiymətləndirilir.

Bununla əlaqədar olaraq, Akayevə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı irəli sürülüb. 2021-ci ildə cinayət tərkibi olmadığı üçün bu ittihamlar götürülüb.

Xatırladaq ki, Akayev 1990-cı ilin oktyabrında Qırğızıstan SSR-in rəhbəri seçilib. O, 1991-2005-ci illərdə Qırğızıstana başçılıq edib. “Lalə inqilabı” adlandırılan kütləvi etirazlar nəticəsində Akayev respublikanın rəhbəri postunu itirərək ölkədən qaçıb. Sonrakı illərdə Rusiyada yaşayıb, elmi fəaliyyətlə məşğul olub. 2021-ci ildə Əsgər Akayev “Kumtor” işi ilə bağlı ifadə vermək üçün Qırğızıstana qayıdıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*