Qırmızı dənizdə qorxulu görüntülər: Husilər yunan gəmisini belə batırdı – VİDEObackend

Qırmızı dənizdə qorxulu görüntülər: Husilər yunan gəmisini belə batırdı - VİDEO

Qəzzaya dəstək olaraq dünyanın ən əhəmiyyətli ticarət yollarından biri olan Qırmızı dənizdə gəmiləri hədəf alan Yəməndə husilər batmış, yunanların “Tutor” gəmisinə hücumun görüntülərini paylaşıblar.

KONKRET.az xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri sosial media hesabında 13 iyunda “İsrail limanlarına girişin qadağan edilməsi” qərarını pozduğunu əsas gətirərək hədəfə aldıqları gəminin görüntülərini yayımlayıb.

“Tutor”un əsas göyərtəsinə və orta hissəsinə edilən hücum nəticəsində gəmi ciddi zədələnib. Husilərin hərəkətləri səbəbindən bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib. ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyini əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı ordu yaradıb. ABŞ və İngiltərənin Yəməndə nəzarəti altında olan bölgələrə hücumlarından sonra husilər bu ölkələrin bütün gəmilərini hədəf alacaqlarını açıqlayıblar.

Natiq Səlim,

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*