Qırmızı Xaçın iki üzvü öldürüldübackend

Qırmızı Xaçın iki üzvü öldürüldü

Malidə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) iki üzvü həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

Malinin qərbində BQXK üzvlərinin avtomobilinə naməlum şəxslər silahlı hücum edib. Motosikletdə olan silahlılar Kayes şəhəri yaxınlığında BQXK işarəli avtomobilə atəş açıblar. Hücum nəticəsində əslən seneqallı olan şəxs və Mali vətəndaşı olan sürücü həlak olub.

Cinayətin təfərrüatı hələlik açıqlanmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*