Həbsxanada qiyam: Əraziyə qoşun yeridildi – VİDEObackend

Həbsxanada qiyam: Əraziyə qoşun yeridildi - VİDEO

Rusiyanın İrkutsk vilayətindəki 15 saylı həbsxanada məhkumlar qiyam edib.

KONKRET.az Telegram kanalına istinadən xəbər verir ki, Federal Penitensiar Xidmətin əməkdaşları ilə məhkumlar arasında mübahisə siqaret üstündə başlayıb. Mühafizəçilər onları cəza kamerasına salmaq istəyəndə münaqişə əlbəyaxa davaya çevrilib.

Münaqişənin təhrikçisi hesab olunan məhkum onun üzərində axtarış aparılmasına etiraz edərək dustaqları itaətsizliyə çağırıb. Nəticədə qonşu kameralardakı məhkumlar kameralarının şüşələrini sındırmağa başlayıblar və şüşə parçaları ilə qollarını kəsiblər. Bu yayılan videoda da aydın görünür. Federal Penitensiar Xidmət hadisələrin nəzarət altında olduğunu bildirib.

Hadisə ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 321-ci (“Cəmiyyətdən təcrid olunmasını təmin edən qurumların fəaliyyətinin pozulması”) maddəsi ilə cinayət işi açılıb.

Ən son məlumatlara görə, cəzaçəkmə müəssəsinə xüsusi qoşun yeridilib. Atəş səsləri eşidilir. Həbsxana ətrafında ciddi təhlükəsizlik tədbirləri görülür, çünki qiyam xəbəri alan məhkumların yaxınları oraya axın edirlər. Rosqvardiya bütün yolları kəsib.

Musavat.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*