Qiyamət Saatı sabah YENİLƏNƏCƏK: Bəşəriyyətin özünü məhv etməsinə nə qədər vaxt qalıb?backend

Qiyamət Saatı sabah YENİLƏNƏCƏK: Bəşəriyyətin özünü məhv etməsinə nə qədər vaxt qalıb?

Dünyaca məşhur fizik Albert Eynşteyn tərəfindən yaradılan və 75 ildən artıqdır ki, bəşəriyyətin özünü məhv etmə vaxtını təyin edən Qiyamət Saatı sabah yenilənir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, qiyamət saatına görə, bəşəriyyət 100 saniyə ərzində özünü məhv edə bilər.

SABAH SİMVOLİK SAATIN YENİLƏNMƏSİ BAŞ VERƏCƏK

Atom Alimləri Bülleteni simvolik saatın yanvarın 24-də Türkiyə vaxtı ilə saat 18:00-da yenilənəcəyini açıqlayıb. Alimlər bu saatı “bəşəriyyətin özünü məhv etməyə nə qədər yaxın olduğunu göstərən metafora” kimi təsvir edirlər. Bununla belə, Qiyamət Saatını yeniləmək qərarı Atom Alimləri Bülleteninin elm və təhlükəsizlik komitəsi və 11 Nobel mükafatçısının daxil olduğu komitə tərəfindən qəbul edilib.

Tədqiqatçılar 2023-cü il üçün Rusiya-Ukrayna müharibəsi, bioloji təhlükələr, nüvə silahlarının yayılması, davam edən iqlim böhranı, dövlət tərəfindən dəstəklənən dezinformasiya kampaniyaları və pozucu texnologiyaların nəzərə alınacağını bildiriblər.

İNSANLIQ 100 SANİYƏ İÇİNDƏ ÖZ SONUNU GƏTİRƏ BİLƏR

Qiyamət Saatının dəqiqə və əqrəbləri hazırda gecə yarısından 100 saniyəyə təyin olunub. Gecə yarısı nüvə fəlakətini göstərir. Yəni bəşəriyyət indi əlində olan bütün nüvə silahlarından istifadə etməklə 100 saniyə ərzində özünü məhv edə bilər.

ƏN UZUN 17 DƏQİQƏ

Qiyamət günü ehtimalı üçün ən uzun müddət 1991-ci ildə Soyuq Müharibə bitdikdən sonra 17 dəqiqə olaraq qeydə alınıb.

Qiyamət saatını kim icad edib?

Atom Alimləri Bülleteni 1945-ci ildə ilk nüvə silahlarını istehsal edən Manhetten Layihəsində çalışan Albert Eynşteyn, Robert Oppenheimer və digər elm adamları tərəfindən təsis edilib. 1947-ci ildə qlobal fəlakətə qarşı həssaslığı simvolizə edən Qiyamət Saatı ideyası həyata keçirilib. Saat 1947-ci ildə gecə yarısına 7 dəqiqə qalmışı göstərib və 2007-ci ilə qədər 18 dəfə dəyişdirilib.

Saatı bir dəqiqə irəli çəkərək, 11 yanvar 2012-ci ildə 23.55-i, 2015-ci ildə iki dəqiqə, 2017-ci ildə isə yarım dəqiqə irəli çəkərək 23.57.30-u göstərməyə başlayıblar.

2020-ci ildə ABŞ və Rusiya arasında Orta Mənzilli Nüvə Qüvvələr Müqaviləsinin başa çatması, ABŞ və İran arasında gərginliyin artması və iqlim dəyişikliyinə qarşı aparılan müharibənin uğursuzluğu ilə əlaqədar olaraq, saat gecə yarısına 1 dəqiqə 40 saniyə qalmışa təyin edilib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*