Qızdırmaya görə imtahana buraxılmayanlara daha bir ŞANSbackend

Qızdırmaya görə imtahana buraxılmayanlara daha bir ŞANS

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qızdırması olduğu üçün imtahana buraxılmayan şagirdlərlə bağlı məsələyə münasibət bildirib.

KONKRET.az-ın məlumatına görə, o, bu barədə buraxılış və qəbul imtahanları ilə bağlı keçirdiyi mətbuat konfransında açıqlama verib.

Onun sözlərinə görə, bütün məzunlar attestat alacaqlar:

“Təbii ki, indi imtahana qoşula bilməyənlər üçün sentyabrda imtahan olacaq. Amma çalışacağıq ki, xəstə olmayan şagirdlər imtahan versinlər. İyunun 10-da imtahanlara buraxılmayanların məsələsi bir həftə sonra həll olunacaq, hazırda onlar bizə ərizə yazırlar”.

M.Abbaszadə qeyd edib ki, xəstə olanlar imtahana gəlməməlidirlər:

“Kim xəstədirsə, imtahana gəlmək məcburi deyil, onlar əvvəlcə öz sağlamlığı barədə düşünməlidirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*