Qobustanda minik avtomobili və mikroavtobus toqquşdubackend

Qobustanda minik avtomobili və mikroavtobus toqquşdu

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində “Hyundai” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub.

FHN-dən KONKRET.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*