İranın azad valyuta bazarında qiymətlərdə nisbi bir sabitlik hökm sürməsinin ardınca iyunun əvvəllərindən bahalaşmağa başlayan ABŞ dollarının qiyməti avqustun 16-da yenidən yüksəlməyə başlayıb.
KONKRET.az xəbər verir ki, dünən İranın azad valyuta bazarında 1 ABŞ dollarının məzənnəsi yenidən bahalaşaraq 27 100 tümənə çatıb. ABŞ dollarının qiyməti cari ilin əvvəllərində 25 000 civarında idi. İran rəsmiləri dolların məzənnəsinin yenidən qalxmasının səbəbini açıqlamasalar da, ABŞ valyutasının qiymətinin yenidən başlamasının ölkədə və regionda baş verən olaylar və İranın dövlət büdcəsində proqnozlaşdırılan neft gəlirlərinin yalnız 2,5 faiz gerçəkləşdirilməsi ilə əlaqədar olduğu təxmin edilir.
Qeyd edək ki, neft İranın yeganə valyuta təminatının mənbəyidir. Hazırda isə İranın neft istehsalı ölkəyə qarşı tətbiq edilən beynəlxalq sanksiyalar səsəbilə kəskin azalıb. İran həmçinin qaçaq yolla satdığı neftin pulunu bank yolu ilə ala bilmədiyinə görə çətinlik çəkərək müxtəlif problemlərlə üz-üzə qalıb.
KONKRET.az
