Qopan pəncərə sakinlərə təhlükə yaratdı – VİDEObackend

Qopan pəncərə sakinlərə təhlükə yaratdı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən yaşayış binasının fasadında pəncərənin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükə törətməsi barədə məlumat daxil olub.

KONKRET.az xəbər verir ki, daxil olan məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinın xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində bərkidildiyi yerdən qoparaq asılı vəziyyətdə qalan pəncərəni götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*