Qum dənəsi boyda kamera Ginnesin Rekordlar Kitabına düşdübackend

Qum dənəsi boyda kamera Ginnesin Rekordlar Kitabına düşdü

KONKRET.az Digital Camera World-ə istinadən xəbər verir ki, qum dənəsi boyda kamera onu Ginnesin Rekordlar Kitabına daxil edib.

OmniVision şirkəti tərəfindən 0,575×0.575×0,232 millimetr ölçüdə olan OV6948 kamera dünyanın ən kiçik videokamerası kimi Ginnesin Rekordlar Kitabına daxil edilib. Quraşdırılmış sensor 40 min piksel 1,75 mikron ölçülü bir şəkil çəkmək və saniyədə 30 kadr sürətlə video çəkmək qabiliyyətinə malikdir. Linzanın baxış bucağı 120 dərəcədir. Ayrıca, OmniVision OV6948 hava ilə dörd metrə qədər məsafədə siqnal ötürməyə də qadirdir.

Qeyd etmək lazımdır ki, kamera peşəkar video çəkiliş üçün nəzərdə tutulmayıb. Amma kamera tibb sahəsində kömək edə bilər. Məsələn, həkimlər xəstələri müayinə etdikdə və kompleks mürəkkəbr əməliyyatlar aparanda.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*