Qurban Qurbanov: “Qarabağ”da psixoloji gərginlik var”backend

Qurban Qurbanov: "Qarabağ"da psixoloji gərginlik var"

“İstədiyimiz kimi oyun göstərmək mümkün deyildi. Oyunçular çox əziyyət çəkdilər”.

KONKRET.AZ xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sabah”a 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Azərbaycan Premyer Liqasının XIII turunda “Sabah”ın qonağı olan Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Oyundan sonra mətbuat konfransında Qurbanov qələbə qazandıqları görüşü belə şərh edib: “Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə oldu. Rəqibin də yeni baş məşqçisinə uğurlar arzulayıram. Rəqibdə fərqli oyun üslubu müşahidə etdim. Məncə, bunu qarşıdakı oyunlarda daha aşkar görəcəyik. Onların yeni sistemdə tam oyunlarını göstərməyə vaxt lazımdır”.

O bildirib ki, avrokubok matçından sonra komanda gərginliyi üzərindən ata bilməyib: “Bunu çox fikirləşsək, ata bilməyəcəyik. Psixoloji gərginlik var, bunu hiss edirəm. Hər halda, qarşıdakı oyunlara baxmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*