Sabah küçəyə çıxanlar ehtiyatlı olsun – Bu yerlərə güclü külək gəlir!backend

Sabah küçəyə çıxanlar ehtiyatlı olsun - Bu yerlərə güclü külək gəlir!

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində güclü külək əsəcək.

KONKRET.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq yayıb.

Belə ki, Bakıda və Abşeron yarımadasında, Qobustan və Xızıda narıncı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək. Küləyin sürəti saniyədə 20,8-28,4 metrədək güclənəcək.

Neftçala, Şirvan, Naftalan, Goranboy, Daşkəsən, Kəlbəcər, Laçın, Zəngilan, Mingəçevir, Şəki, Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə isə sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyinin sürəti saniyədə 13,9-20,7 metr olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*