Ramil Şeydayev komandasına penalti qazandırdı – VİDEObackend

Ramil Şeydayev komandasına penalti qazandırdı - VİDEO

Türkiyənin “Kocaelispor” formasını geyinən Ramil Şeydayev ötən gün “Göztepe”ilə keçirilən oyunda komandasına penalti qazandırıb.

KONKRET.az  xəbər verir ki, Kocaeli təmsilçisi qarşılaşmanın 44-cü və 71-ci dəqiqələrində buraxılan qollara görə 0:2 hesabı ilə geri düşüb. Daha sonra komanda hesabı bərabərləşdirə bilib.

85-ci dəqiqədə meydana girən R.Şeydayev isə 90+7-ci dəqiqədə komandasına penalti qazandırıb. Penaltini qola çevirən “Kocaelispor” evdə 3:2 hesablı qələbə qazanıb.

Beləliklə, Kocaeli təmsilçisi 48 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*