AMEA-nın prezidenti Ramiz Mehdiyevlə bağlı maraqlı fakt üzə çıxıb.
KONKRET.az-ın araşdırmasına görə, Ramiz Mehdiyev oktyabrın 9-dan görüş keçirmir. AMEA-nın rəsmi saytının “AMEA-nın prezidenti” bölməsinin “Görüşlər” yarımbölməsində onun sonuncu görüşünün sabiq nazir Misir Mərdanovla olması göstərilib.
Çox güman ki, Ramiz Mehdiyev ölkədə koronavirusun geniş yayılması səbəbindən, insanlarla təmasdan çəkinir və belə olan halda özünü COVID-19 infeksiyasından qoruyur.

