Ramzan Kadırov: “Zelenski, tez Putinə zəng edib, ÜZR İSTƏ!” – VİDEO – ÖZƏLbackend

Ramzan Kadırov: "Zelenski, tez Putinə zəng edib, ÜZR İSTƏ!" - VİDEO - ÖZƏL

Ramzan Kadırov Zelenskiyə müraciət edərək Putinə zəng edib üzr istəməyi məsləhət görüb.

KONKRET.az xəbər verir ki, Ramzan Kadırov Ukraynaya 10 minə qədər hərbçi göndərir. Əsgərlərlə danışan o, Zelenskiyə müraciət edərək Putinə mümkün qədər tez zəng edib üzr istəməyi məsləhət görüb.

Çeçenistan rəhbəri cümə günü səhər Ukraynadakı vəziyyət görə, Qroznıda Çeçenistan hüquq-mühafizə orqanlarından 10 mindən çox döyüşçü toplayıb.

“Fürsətdən istifadə edərək, hazırkı prezident Zelenskiyə Ukraynanın eks-prezidenti olana qədər məsləhət vermək istəyirəm. O, tezliklə bizim prezidentimiz, Ali Baş Komandan Vladimir Vladimiroviç Putinə zəng edib üzr istəsin”, – deyə Kadırov hərbçilər qarşısında deyib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*